Uşaqlar bizim gələcəyimizdir

   Məktəbin 3  “ f “ sinif şagirdləri, sinif rəhbəri Aynur Abdullayeva ilə birlikdə 1 İyun – “ Uşaqların Beynəlxalq Müdafiəsi Günü " ilə əlaqədar onlayn təşkilat saatı təşkil edib.Təşkilat saatında ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı olmasından, onların  vətənə layiqli vətəndaşlar kimi böyüdülməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratmasından söz açılıb. Uşaqlar bu günün özəlliyinə aid şeirlər söylədilər və rəsmlər çəkib təqdim etdilər.

    Sonda bu bayram münasibəti ilə istər respublikamızda, istərsə də bütün dünyada yaşayan uşaqları təbrik etdilər, onlara aydın səma, parlaq günəş, bol-bol sevinc arzuladılar.

    Qoy səhərlərimiz atəş səsləri ilə deyil, körpə gülüşləri ilə açılsın. Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi