28 May – “ Respublika Günü ” nə 102-ci illiyinə həsr olunmuş görüş

       28 May – “ Respublika Günü ” nün 102-ci illiyi ilə əlaqədar məktəbin rəhbərliyi  və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn görüş keçirildi.

    Görüşdə qonaq qismində Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, nasir, kinodramaturq, 1981-ci ildən Azərbaycan yazıçılar birliyinin üzvü, əməkdar incəsənət xadimi, şöhrət ordenli şair Baba Vəziroğlu, Azərbaycanın əməkdar artisti, aktyor, bədii qiraətçi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova iştirak ediblər.

      Görüşü məktəbin direktoru Elçin Abdullayev açıq elan etdi və ardıcıl olaraq, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “ Nitq mədəniyyəti ”, “” Dram ”, “ Məktəb teatrı ” dərnəyinin üzvləri, məktəbin şagirdləri 28 May – “ Respublika Günü” nə və Baba Vəziroğlunun  yazdığı “ Bağışladım ”, “ Unut görüm ”, ” Sevgi ayrılıqdan güclüdür vallah ”, “ Kim bilir ” və s. şeir  kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər. İştirak edən qonaqlar 28 May – “ Respublika Günü “ nün yaranma tarixi haqqında danışdılar. Həmçinin şair Baba Vəziroğlu ona yaradıcılığı ilə bağlı verilmiş sualları cavablandırmış  və  yetişməkdə olan gənc nəslə yaradıcı və peşəkar insan kimi öz məsləhətini vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi