Yaşa, yaşa çox yaşa ey şanlı Azərbaycan!

    28.05.2020-ci il tarixində məktəbin 4 “ h " sinfində " Respublika Gününə " həsr edilmiş onlayn tədbir keçirildi. Tədbirdə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, 23 aylıq şərəfli ömründə görülən tədbirlərdən bəhs olundu. Həmin dövrdə dövlət quruculuğu, müxtəlif sahələrdə baş verən yeniliklər haqqında məlumat səsləndirildi. Şagirdlər şeirlər söylədilər, video çarx nümayiş olundu. Sonda sinif rəhbəri Nərmin Məmmədova qeyd etdi ki, bu gün müasir Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilir , uğurlu islahatlar aparılır. Azad, demokratik respublikamızın gündən - günə inkişaf etməsi xalqımızın qürur mənbəyidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi