“28 May – Respublika Günü”nə həsr olunmuş tele - körpü təşkil olundu

   28 may 2020-ci il tarixində məktəbin rəhbərliyi  və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər S.M.Qənizadə adına 1 nömrəli tam orta məktəblə “28 May – Respublika Günü”nə həsr olunmuş tele - körpü təşkil olundu.

   Görüşdə məktəbin direktoru Elçin Abdullayev, təlim tərbiyə işləri  üzrə direktor müavinləri Həqiqət Gülalıyeva və  Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, sinif rəhbəri Zümrüd Hüseynova ilə yanaşı  qonaq qismində Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon təhsil şöbəsinin nümayəndəsi Babalar Ağayev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “ Bədii və ədəbi yaradıclıq ” şöbəsinin müdiri Yeganə Əliyeva, Şamaxı şəhər S.M.Qənizadə adına 1 Nömrə-li tam orta məktəbin direktoru Dilarə Rüstəmova, direktor muavini Sevinc Qədirova, məktəbin müəllimləri, 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Fidan İsmayılova iştirak ediblər.

   Görüşün məqsədi  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, Şərqdə ilk demokratik  dövlət olmasını yetişməkdə olan gənc nəslə təbliğ etməkdir. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “ Nitq mədəniyyəti ” dərnəyinin üzvləri, məktəbimizin və Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri  28 May – Respublika Gününə aid şeir  kompozisiyaları ilə çıxış ediblər. İştirak edən qonaqlar 28 May – Respublika Gününün yaranma tarixi haqqında danışdılar və  yetişməkdə olan gənc nəslə öz məsləhətlərini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi