“Rəqəmsal bacarıqlar” layihəsi üzrə dərslər də onlayn şəkildə keçirilir
Artıq 2-ci ildir ki, məktəbimizdə informatika fənni “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tədris olunur. Bu layihə 4 – 7-ci sinif şagirdlərində informatika fənninə xüsusi bir maraq yaratmışdır.
Karantin başlanan gündən müəllimlərimiz şagirdlərlə ünsiyyətini davam etdirərək onların laboratoriyalarını mütəmadi olaraq nəzarətdə saxlayıblar. Əvvəlcə internet proqramları vasitəsilə, sonra isə Təhsil Nazirliyi tərəfindən təşkil olunan “ Virtual Məktəb ” vasitəsilə məktəbdə informatika dərsləri davam etdirilmişdir.
İbtidai siniflərdə WordPad, Paint, Calculator proqramları, 4 – 5-ci siniflərdə Scratch proqramı, 6-cı sinifdə Excel proqramı, 7-ci sinifdə Python proqramının əsas operatorları, 8 – 9-cu siniflərdə cəmiyyətin informasiyalaşdırılması, internet xidmətləri bu dövrə təsadüf etsə də, çalışqan şagirdlərimiz müəllimlərin köməyi ilə Virtual Məktəbdən və elektron kitablardan yararlandılar.