Şagirdlərimiz virtual gəzintidə
Microsoft Teams proqramı vasitəsilə keçirilən onlayn dərslərimiz öz axarı ilə davam edir. Məktəbin 3 “ a “ – “ Sağlam Təhsil “ sinfi Təsviri incəsənət dərsində “Parklar, muzeylər” mövzusunu öyrənərkən virtual olaraq “ Azərbaycan Xalça Muzeyi ”, ” Azərbaycan İncəsənət Muzeyi ”-nə səyahət ediblər. Uşaqlar görkəmli rəssamların əsərləri, ölkəmizin dünya şöhrətli xalça nümunələri ilə tanış olublar. 3 D texnologiyası ilə tanış olan uşaqlar eyni zamanda 21-ci əsr və gələcək əsrin təhsilində geniş istifadə olunacaq “Artırılmış gerçəklik” proqramlarından biri olan “Quiver”-lə də tanış olublar. Müəllim Aysel Alıcanova şagirdlərə “Quiver” proqramını izah etmiş, evdə asudə vaxtlarında necə istifadə edəcəklərini izah edib. Bu şagirdlərdə böyük maraq oyadıb.