18 May - Laçının işğalı günüdür

    1992-ci il xalqımızın tarixinə ən ağır bir il kimi daxil olub. Belə ki, dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. 1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir. Laçının işğalından artıq 28 il ötür. Məktəbin 2 “ d “ sinif şagirdləri də bu gün Laçını andılar. Vətən uğrunda ölən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin ibtidai sinif müəllimi Könül Xəlilova onuda qeyd etdi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi