Laçının işğalından 28 il ötür

    Məktəbin 2 “ e “ sinfi onlayn dərslərə davam edir. Bu günki dərs isə Laçın rayonun erməni silahlı qüvvəli tərəfindən işğal edilməsi haqqında mövzuya həsr olundu. Müəllim Sevinc Hüseynova erməni vandallarının dünya və yerli əhəmiyyətli tarixi abidələrini necə amansızca məhv etməsindən danışdı. İşğal nəticəsində həmçinin 77 mindən artıq Laçın sakininin halhazırda Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşadığını bildirdi. Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 262 nəfər həlak oldu, 67 nəfər itkin düşdü, təhsil və səhiyyə ocaqları dağıdıldı.

   Şagirdlərimiz kiçik olmalarına baxmayaraq öz kədərlərini çəkdikləri şəkillərdə əks etdirdilər.

    Hər birimiz işğal altında olan torpaqlarımızın azad olacağını günü səbrsizlikə gözləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi