15 may “ Beynəlxalq Ailə Günü”

   Məktəbimizin  3 “a “ – “ Sağlam Təhsil ” sinfi onlayn olaraq 15 may “ Beynəlxalq Ailə Günü”nü qeyd etdi. Webinarda uşaqlar ailə haqqında düşüncələrini, sağlam ailənin olması üçün hansı qaydalara əməl etmək lazımdır, ailə büdcəsini düzgün idarə etmək, ailə üzvləri arasında münasibət yollarını müzakirə etdilər. Müəllim Aysel Alıcanova  uşaqlara “Beynəlxalq Ailə Günü”haqqında məlumat verdi,  3 “ a “ – “ Sağlam Təhsil ” sinfinin də bir ailə olduğunu qeyd etdi. Uşaqlar əl işlərini təqdim edib, şeir söylədilər. Webinarın sonunda isə bu şüar birlikdə səsləndirildi: ”Sağlam ailə sağlam gələcək deməkdir. Sağlam təhsil isə sağlam gələcəyə xidmət edir.”

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi