IV “Virtual əlaçı” bilik yarışmasının nəticələri

   Təhsil millətin gələcəyidir. Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Təhsil almaq, öz biliyini yüksəltmək istəyən bir şəxs üçün bu dövrdə heç bir maneə ola bilməz. Təhsil Nazirliyinin təqdim etdiyi “Virtual məktəb” layihəsində, “Virtual əlaçı” bilik yarışması şagirdlərin həyatında mühüm rol oynayır. Şagirdlər öz aralarında sağlam rəqabət aparır və öyrəndikləri bilikləri yoxlayırlar.

   IV “Virtual əlaçı” bilik yarışmasının nəticələrinə əsasən məktəbimizin 2d sinif şagirdi Həşimli Xədicə “Virtual əlaçı” seçilmişdir. Xədicə öz biliyi və tərbiyəsi ilə hər zaman seçilən, çalışqan şagirddir. Xədicəni təbrik edir, uğurlar arzulayırıq. Səsi hər zaman yüksəklərdən gəlsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi