Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş - “ Sən elə bir zirvəsən ” adlı distant görüş keçirildi

   10 may 2020-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə  həsr olunmuş “ Sən elə bir zirvəsən ” adlı distant görüş keçirilib.

    Görüşün məqsədi – Müasir Azərbaycan dövlətinin qurucusu, memarı olan Ulu Öndərin şərəfli həyat yoluna nəzər salmaq və gələcək nəsillərə təbliğ etməkdir.

  Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Fuad Babayev, İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev, Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, məktəbin direktoru  Elçin Abdullayev, məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva,  mərkəzin innovativ layihələr üzrə direktor müavini Rəhimə Məcidova, Əməkdar jurnalist, şairə Telli Pənah qizi, Firudin bəy Köçərli adına kitabxananın müdiri Şəhla Qənbərova,  “Bədii və ədəbi yaradıcılıq “ şöbəsinin müdiri Yeganə Əliyeva, mərkəzin metodistləri və dərnək rəhbərləri, 263 nömrəli tam orta məktəbin uşaq birliyinin rəhbəri Aynur Qəmbərova, məktəbin ana dili və ədəbiyyat müəllimi Səadət Mahmudova, ibtidai sinif müəllimi Zümrüd Hüseynova və şagirdlər iştirak edirdilər.

   Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin həyat yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “ Nitq mədəniyyəti ” dərnəyinin üzvləri, 3 “ e “ şagirdləri  Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyası və musiqi nömrəsi ilə çıxış etdilər. İştirak edən qonaqlar Ümummilli Liderin həyatı, fəaliyyəti haqqında  danışdılar və onunla bağlı xatirələrini bölüşdülər.

  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi