Ümummili Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan onlayn tədbir

   Məktəbin 3 “ c “ sinfinin dünya şöhrətli siyasətçi, xalqımızın Ümummili Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan onlayn tədbiri keçirilmişdir.

   Tədbiri  açan 3 “ c “ sinif rəhbəri Ofelya Babayeva Heydər Əliyevin şərəfli ömür  yolundan bəhs etmiş, Ulu Öndərin həyat və yaradıcılığından, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Sonra Ümummilli Liderin Azərbaycan  rəhbərliyinə yenidən qayıdışını, ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi,mədəni həyatına müsbət təsir göstərdiyini dinləyicilərin  diqqətinə çatdırmışdır.

   Müəllim ölkəmizin xarici siyasətini, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin milli maraqlara söykəndiyini və Heydər Əliyevin xidmətlərindən söz açmışdır.

    Ofelya Babayeva "Heydər Əliyev müasir Azərbaycanın memarıdır" adlı məqaləsini virtual izləyicilərə oxumuşdur. O, xalqımızın dahi oğlunun misilsiz xidmətlərinə görə  daima borclu olduğumuzu bildirmişdir.

    Diqqətlə izlənilən tədbirin sonunda 3 “c “ sinfinin şagirdi Gülçinin Ulu Öndər Heydər Əliyevə həsr olunan şeiri dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi