Dahi Lider

  Məktəbimizin 5c sinfi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü onlayn tədbir formasında qeyd etdi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak edirdi. Giriş sözü ilə tədbiri açan Vüsalə Məmmədova Heydər Əliyevlə bağlı xatirələrini, düşüncələrini bölüşdü. Şagirdlər dahi rəhbərin həyat yoluna nəzər saldılar. Şagirdlərdən Duyğu Mustafalı, Leyla Əhmədova, Leyla Əhmədli və Rəsmiyyə Əzimli Ümummilli Liderə həsr olunmuş şeirlər söylədilər. Ayan Kamilova, Rüstəm Hətəmov, Nərgiz Sadıqova, Tunar və Cabir Əlləzovlar Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışdılar. Asif Həsənzadə dahi şəxsiyyətin məşhur kəlamlarını bir daha yada saldı. Fidan Bağızadə, İnci Əhmədova, Əbülfəz Emenullayev, Aynur Zeynalova, Tunarə Allahverdiyeva, Ayla Yarəli və Ümid Bağırlı dünyanın məşhur şəxsiyyətlərinin və siyasi xadimlərinin Heydər Əliyevlə bağlı söylədikləri xoş sözləri diqqətə çatdırdılar. Dahi Liderə həsr olunmuş mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi