“ İtirilmiş cənnət “

   8 may tarixində Şuşanın işğalı günü ilə əlaqədar “ İtirilmiş cənnət “ adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak edirdi. 3 “ f “  sinif müəllimi Aynur Abdullayeva çıxışında bildirdi ki, Azərbaycanın incisi, Qarabağın dilbər güşəsi olan Şuşanın işğalından 28 il ötür. Tədbirin keçirilməsində məqsəd ondan ibarətdir idi ki, Şuşanın tarixi, işğal nəticəsində dağıdılmış mədəni irsi, şəhərin erməniləşdirilməsi barədə faktları şagirdlərin diqqətinə çatdırmaq və məlumatlandırmaqdır. Şagirdlər isə Şuşanın tarixi abidələrinə, Şuşanın simvolu olan Xarıbülbülə aid hazırladıqları divar qəzetlərini təqdim etdilər.

    Sonda bütün tədbir iştirakçılarının bir inamı vardı: “ O gün gələcək ...........” Bütün işğal olunmuş bölgələrimizlə birlikdə Şuşa da düşmən əsarətindən qurtulacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi