“ Azərbaycan xalqının faşizm üzərində qələbədə rolu, qəhrəman döyüşçüləri “ mövzusunda virtual tədbir

   1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə bəşəriyyət tarixində dünyanın bölüşdürülməsi uğrunda II Dünya müharibəsi başlandı. 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə Azərbaycan II Dünya müharibəsinə cəlb olundu. “ Azərbaycan xalqının faşizm üzərində qələbədə rolu, qəhrəman döyüşçüləri “ mövzusunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovanın iştirakı və tarix müəllimi Aidə Manafovanın rəhbərliyi ilə 7 “ e “ sinfində virtual tədbir keçirildi. Tədbirin əvvəlində tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova xalqımızın qəhrəmanlıq tarixindən, tarix müəllimi Aidə Manafova isə II Dünya müharibəsinin tarixi haqqında məruzə etdi. Bundan sonra şagirdlərdən Təhminə Musayeva, Əli Suada, Ayan Abbasova, Əsmər Abbaszadə, Nina Alquluyeva, Həbibə Mirzəyeva, Dəniz Quluzadə, Əli Hüseynli və Mehriban Bədəlova Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə , Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov, Ziya Bünyadovun həyat və döyüş yolu barədə maraqlı məlumatlar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi