9 May - "Qələbə bayramı"na həsr olunmuş rəsmlər

   9 May – Faşizm üzrə qələbənin  75-ci ildönümüdür. Bu bayram münasibətilə məktəbin 2 “ a “ sinif şagirdləri çəkdikləri rəsmləri nümayiş etdiriblər.

   Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verib. Bu qələbədə payı olan 600 mindən çox oğul və qızını cəbhəyə yola salan xalqımızın Böyük Qələbənin əldə olunmasında çox böyük rolu olub. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstəriblər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstəriblər. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olub.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb,  müharibəsi iştirakçılarının mənəvi haqlarını özlərinə qaytarıb. Ulu Öndərimizin bu siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib. Şərəfli döyüş yolu keçmiş Azərbaycan veteranlarını Qələbə günü münasibətilə təbrik edirik. Dünyasını dəyişən igid oğullarımızın xatirəsini isə dərin ehtiramla yad edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi