“Azərbaycanın musiqi beşiyi “ sayılan Şuşanın 28-ci ildönümü

      Azərbaycanın muğam beşiyi – Şuşanın işğalında 28 il ötür. Bununla əlaqədar olaraq məktəbin 3 “c “ sinfində onlayn tədbir keçirildi. Məktəbin direktoru Elçin Abdullayevin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan 3 “ c “ sinif müəllimi Ofelya Babayeva 1992-ci ilin mayın 8-də ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşanın işğal edilməsi haqqında geniş məruzə etdi.

Müəllim işğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndinin dağıldığını, 195 nəfər dinc sakinin həlak olduğunu, 165 nəfərəin yaralandığını, 58 nəfərin itkin düşdüyü və 24 mindən çox əhalinin etnik təmizləməyə məruz qaldığını vurğuladı.

     Məktəbin tərbiyə işləri direktor müavini Vüsalə Məmmədova bu işğalçılıq siyasəti nəticəsində ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilməsini, müharibə dövründə ermənilər tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədildiyini bildirdi. Sonra məktəbin ibtidai sinif müəllimi Zümrüd Hüseynova “Azərbaycanın musiqi beşiyi “ və “ Şərqin konservatoriyası “ adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi – mədəni və mənəvi irsinə ağır zərbə vurulduğunu, ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini abidələrin dağıdılması, çox sayda nadir əlyazma nümunələrinin məhv edildiyini bildirdi. Zümrüd Hüseynova Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Natavanın evi və digər abidələrin dağıldıldığını ürək ağrısı ilə danışdı.

     Tədbir şagirdlərin hazırladığı “ Şuşam ağlayır “  adlı ədəbi-bədii kompozisiya ilə başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi