“ Mədəniyyətimizin beşiyi “, " Qarabağın incisi " - gözəl Şuşamız

   Məktəbin ana dili və ədəbiyyat  müəllimi Reyhan Qasımova tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovanın iştirakı ilə Şuşanın işğalına həsr olunmuş təşkilat saatı keçirdi. Dərsdə “ Mədəniyyətimizin beşiyi “ adlandırılan Şuşa şəhərinin şanlı keçmişinə nəzər salındı. Şagirdlərimizdən Nərgiz Sadıqova, Əsmər Şirinova, Ayxan Qasımov, İmran Əliyev və başqaları bu şəhərin mədəniyyət, ədəbiyyat və incəsənət aləminə bəxş etdiyi əvəzolunmaz insanlar, onların həyat və fəaliyyəti haqqında məlumat verdilər. Məsud Muradzadə “ Qarabağnamələr “ haqqında məlumat verərək, tarixi saxtalaşdırmağın mümkün olmadığını diqqətə çatdırdı. “ Şuşanın dağları “ mahnısının yaranma tarixi yada salındı, mahnının müəllifi və gözəl ifaçısı Xan Şuşinskinin ifasında mahnı təqdim olundu. Zəhra Səmədzadə, Aytac Məhərrəmli, Vəkil Ramazanov Şuşanın qədim tarixi abidələri haqqında danışdılar. Rafiq Həsənli Qarabağın incisi əsrarəngiz Qarabağ atları haqqında məlumat verdi. Şagirdlərimizdən Asif Həsənzadə və Dəniz Zeynallı isə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Milli Qəhrəmanlarımız Ramiz Qəmbərov, Rizvan Teymurovun göstərdiyi şücaətindən danışdılar. Həzin bayatılar və Şuşa şəhərinə həsr olunmuş şeirlər səsləndirildi.

    Hər kəsdə bir əminlik vardı: gec-tez ədalət qalib gələcək, xalqımız öz dədə-baba torpaqlarını düşmən tapdağından azad edəcək. Yenə də azan və muğam səsi Qarabağın səmasını bürüyəcək.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi