Şuşasız keçən 28 il

     08.05.2020-ci il Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar olaraq  4 “d” sinif müəllimi Əsli Nuriyeva təşkilat saatı keçirdi. Məlumdur ki, Şuşa 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

     Şagirdlərimiz Qarabağın gözəl incisi olan Şuşanın yaranma tarixi, tarixi-mədəni abidələri, əsrarəngiz təbiəti və gözəlliyi haqqında müxtəlif mənbələrdən topladıqları məlumatları çatdırdılar. Müəllim Əsli Nuriyeva bu qədər diqqətli yanaşdıqlarına görə şagirdlərə öz təşəkkürünü bildirdi və tezliklə Şuşanın, Qarabağın düşmən tapdağından azad olacağını söylədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi