Məmməd Cəfər Cəfərovun anadan olmasının 111 illiyi

   09 may ömrünün 60 ilini Azərbaycan ədəbiyyatına həsr etmiş Əməkdar elm xadimi, akademik, görkəmli ədəbiyyatşünas, tənqidçi Məmməd Cəfər Cəfərovun anadan olmasının 111 illiyi tamam olur. Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Prezidenti ilham Əliyevin sərəncamına əsasən akademikin 110 illiyi respublika səviyyəsində qeyd edilmişdir.

  Məmməd Cəfər ədəbiyyatımızın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr, eləcə də estetikanın aktual məsələlərinə dair araşdırmaları ilə Azərbaycan  ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir.

   Bu münasibətlə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, ana dili və ədəbiyyat müəllimi Səadət Mahmudova şagirdlərlə birlikdə ədəbiyyatşünas Məmməd Cəfər Cəfərovu anmaq üçün virtual tədbir hazırlamışlar. Əvvəlcə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova akademikin yaradıcılığından, Azərbaycan ədəbiyyatı nəzəriyyəsində rolundan və ədəbi tənqidçi kimi fəaliyyətindən bəhs etmişdir. Sonra müəllim Səadət Mahmudova  “ Azərbaycan ədəbiyyatında romantizm Məmməd Cəfərin gözü ilə “ movzusunda məruzə edərək, sözü şagirdlərə verdi. Onlar da öz araşdırmaları ilə bu böyük alimin həyat yoluna bir daha nəzər saldılar. 8 “ b “ sinif şagirdi Qəmər Abbasova ədibin həyat və yaradıcılığını əks etdirən video-slaydını təqdim etdi. Nigar Yəhyazadə isə fortepianoda gözəl bir musiqi ilə tədbiri daha da maraqlı etdi. Və bu maraqlı görüş üçün sonda Vüsalə müəllimə şagirdlərə və Səadət Mahmudovaya təşəkkür etdi.   

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi