9 May - faşizm üzərində qələbənin 75 illik yubileyinə həsr olunmuş onlayn tədbir

   06 may 2020-ci il tarixində məktəbin 2 “ b “ sinif rəhbəri Gövhər Zülfüqarovanın rəhbərliyi ilə  9 May - faşizm üzərində qələbənin 75 illik yubileyinə həsr olunmuş onlayn şəkildə kiçik tədbir keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmməova da iştirak etdi. O, II Dünya müharibəsi haqqında maraqlı faktlar, məlumatlar söylədi. Şagirdlərimizin kiçik olmalarına baxmayaraq onlar da bu müharibə haqqında topladıqları məlumatları səsləndirdilər, şeirlər söylədilər. II Dünya müharibəsində qəhrəmanlıqla iştirak edən Azərbaycan igiləri xatırlandı. Azərbaycan dövlətinin müharibə zamanı döyüş maşınlarını 85-90% benzinlə və neftlə əmin etməsi vurğulandı. Sonda uşaqlar hər kəsi sülhə dəvət etdilər. Dolğun və maraqlı görüş üçün şagirlərə və müəllim Gövhər Zülfüqarovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi