Xüsusi qayğıya ehtiyacı olan şagirdlərimizlə keçirilən onlayn dərslər

    Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər, sağlamlıq və digər problemlərdən asılı olmayaraq hər bir şəxsin ehtiyaclarının ödənilməsinə yönəldilən prosesləri ön plana çəkir. Qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində olduğu kimi, respublikamızda da xüsusi qayğıya ehtiyacı olan uşaqlar varki, onların yaxşı təhsil almaları üçün şərait yaradılıb. Xüsusi təhsilin məqsədi ondan ibarətdir ki, saölamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişləri aşılamaq, onları cəmiyyətə uyğunlaşdırmaqdır.

    Koronavirus pandemiyasının geniş yayıldığı dövrdə təhsilin dayandırılmasına baxmayaraq, “ Evdə qal, təhsildən qalma! “ prinsipi evdə təhsil alan şagirdlərimiz üçün də tətbiq olunur. Dəyərli müəllimlərimiz digər şagirdlərin təhsildən yayınmaması üçün distant üsulla keçdikləri dərsləri evdə təhsil alan xüsusi şagirdlərimiz üçün də müxtəlif proqramlarla keçirlər.

     Əziz müəllimlərimiz siz bizim üçün çox dəyərlisiniz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi