Tikməçi-rəssam Mehriban Xəlilzadə ilə görüş

   27 aprel 2020-ci il tarixində 4 “ ə “ sinfində müəllim Aygün Dadaşova təşkilat onlayn təşkilat saatı keçirib. Bu günün qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, tikməçi-rəssam Mehriban Xəlilzadə olmuşdur.

    Dərsi açıq elan edən müəllim Aygün Dadaşova sözü tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya verdi. Vüsalə Məmmədova uşaqların pandemiya dövründə dərsdən qalmamaq üçün mütəmadi olarsaq onlayn dərslərdə iştirak etməyi, asudə vaxtlarından səmərəli istifadə etməyi tövsiyyə etdi. Daha sonra məktəbin psixoloqu Vəfa Ağayeva məktəbdənkənar fəaliyyətin azyaşlı məktəblilərin psixologiyasına müsbət təsirini açıqladı. Tikməçi-rəssam Mehriban Xəlilzadə şagirdlərin suallarını cavablandırdı, həmçinin sərbəst mövzuda işlədikləri rəsmləri təhlil etdi. Mehriban xanım uşaqlara adam şəkli çəkməyin onlayn izahını da verdi. Mehriban Xəlilzadə bununla yanaşı heyrətamiz təkalduzla işlədiyi əsərlərini bir-bir şagirdlərə nümayiş etdirdi.

   Sonda müəllim Aygün Dadaşova görüşün təşkil olunmasında dəstək olan hər kəsə təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi