Görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə Əliyevanın anadan olmasından 97 il ötür.

   28 aprel Azərbaycanın görkəmli oftalmoloqu, Azərbaycan SSR-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasından 97 il ötür. Zərifə Əliyeva 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Sevimli həkim, gözəl insan, nümunəvi  ana olan Zərifə xanım Azərbaycanın örnək xanımlarından biri idi.

   Məktəbin ibtidai sinid müəllimi Zümrüd Hüseynova  Zərifə Əliyevanın anadan olmasının 97-ci il dönümü ilə əlaqədar  3 “ e “ sinfində virtual tədbir təşkil etmiş. Tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da virtual görüşə qoşularaq görkəmli oftalmoloq Zərifə xanım haqqında qısa məlumat verdi. Şagirdlərimizdə müxtəlif mənbələrdən Zərifə Əliyeva haqqında araşdırmalar apararaq əldə etdikləri məlumatlarla bölüşdülər.  Sonda Zümrüd Hüseynova həm Vüsalə Məmmədovaya, həm də şagirdlərə öz minnətdarlığını bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi