“ Biz birlikdə güclüyük “ mövzusu ətrafında görüş

    Məktəbin ibtidai sinif müəllimi Məsmə İsayeva bu dəfə  şagirdləri ilə “ Biz birlikdə güclüyük “ mövzusu ətrafında görüş təşkil etdi. Görüşdə 1 saylı klinik xəstəxanada çalışan uşaq cərrahı, tibb elmləri fəlsəfə doktoru, uzman Allahverdi Musayev və Milli Onkologiya Mərkəzində çalışan reanimatoloq-anestezioloq Elnurə Musayeva iştirak etdilər. Ilk öncə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova hər kəsi salamladı. Daha sonra həkimlərimiz epidemiya ilə əlaqədar kiçik şagirdlərimizi maarifləndirdilər, virusdan qorunmaq üçün faydalı məsləhətlər verdilər və onların suallarını geniş şəkildə cavablandırdılar.

     Görüşün sonunda müəllim Məsmə İsayeva məktəb rəhbərliyinə və həkimlərimizə öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi