“ Evdə qal, kitab oxu “ layihəsi üzrə təşkilat saatı keçirildi

   İbtidai sinif müəllimi Əsli Nuriyeva tərəfindən “ Evdə qal, kitab oxu “ layihəsi üzrə 4 “ d “ sinfində təşkilat saatı keçirildi. Dərs zamanı məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, F.Köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qənbərova, uşaq yazarı Mehriban Nağıyeva, “ Məktəblinin dostu “ layihəsinin nümayəndəsi Nüşabə Qaraçayeva, məktəbin ibtidai sinif müəllimləri də onlayn qoşularaq şagirdlərlə müzakirələr apardılar. Direktor müavini Vüsalə Məmmədova çıxış edərək keçirilən layihələr haqqında geniş məlumat verdi, Mehriban Nağıyeva isə yazdığı kitablar haqqında şagirdləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi