“ Biz birlikdə daha güclüyük “ müsbiqəsinə start verilib
Şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi, yaranmış vəziyyətin düzgün qiymətləndirilməsi və COVİD – 19 pandemiyasından qorunma yollarının öyrənilməsi məqsədilə məktəbin II, III, IV və V sinif şagirdləri arasında “ Biz birlikdə daha güclüyük “ adlı rəsm və esse müsabiqəsinə start verilib. 13 aprel tarixindən 1 may tarixinədək davam edən müsabiqəyə şagirdlər böyük həvəslə hazırlaşırlar. Hazırladıqları işlərini onlayn formada məktəb rəhbərliyinə təqdim edəcəklər. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən müəyyən olunacaq.