Azərbaycanın görkəmli şairi Sabir Rüstəmxanlı ilə maraqlı görüş

   Məktəbin 3 “ e “ sinif müəllimi Zümrüd Hüseynova tərəfindən “ Evdə qal, mütaliədən qalma “ layihəsi çərçivəsində onlayn görüş keçirildi. Görüşdə Azərbaycanın görkəmli şairi Sabir Rüstəmxanlı , Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova, şamaxı şəhər 1 saylı orta məktəbin nümayəndələri iştirak etdilər. Giriş sözü məktəbin direktoru Elçin Abdullayev açdı, daha sonra təlim- tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova qonaqları salamladılar. Görüşdə şairin şeirləri mütaliə edildi və onların tarixçəsi barədə danışıldı. Şairin  “ Ana məktubu “ şeiri müəllim Zümrüd Hüseynova tərəfindən səsləndirildi. Şagirdlərimiz şair Sabir Rüstəmxanlıya öz suallarını ünvanlandırdılar və qarşılıqlı müzakirə etdilər.

    Şamaxı şəhər 1 saylı məktəb tərəfindən görüş yüksək qiymətləndirildi və gələcəkdə belə layihələri öz məktəblərində də tətbiq edəcəklərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi