" COVİD - 19 " pandemiyasına qarşı qorunmağın yolları haqqında söhbət

   Son zamanlar bütün dünyanı bürüyən COVİD – 19 pandemiyasından qorunmağın yolları barəsində məktəb rəhbərliyi bir çox siniflərlə onlayn şəkildə təşkilat saatı keçirərək şagirdləri maarifləndirir.

   Bu dəfə də 8 “ ə “ sinif şagirdləri ilə belə bir görüş keçirildi. Görüşdə məktəbin direktoru Elçin Abdullayev, təlim – tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, sinif rəhbəri Aytəkin Hüseynova və yoluxucu xəstəliklər üzrə mütəxəssis, Med Era Hospital xəstəxanasının infeksionist – hepatoloqu həkim Hicran Xıdırova iştirak edirdilər. Dəyərli həkimimiz koronavirus pandemiyasının nə qədər təhlükəli olduğunu və ondan qorunmağın yolları haqqında şagirdləri məlumatlandırdı. Onları müntəzəm olaraq gigiyenik qaydalara əməl etməyi tapşırdı. Çox maraqlı keçən görüşdə şagirdləri maraqlandıran bütün sualları həkimimiz cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi