“ COVİD -19 “ pandemiyası ilə mübarizəyə hərs olunmuş onlayn təşkilat saatı

   Koronavirus ( COVİD – 19 ) pandemiyası ilə əlaqədar ölkədə bütün təhsil ocaqlarının bağlanmasına baxmayaraq  bir çox müəllimlər tədris prosesini distant üsulla davam etdirirlər. Bundan əlavə müəllimlərimiz şagirdlərlə pandemiya haqqında da söhbətlər aparırlar. Bunu nəzərə alaraq məktəbin 2 " e " sinif müəllimi Sevinc Hüseynova, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və 5 saylı klinik xəstəxananın şöbə müdiri Güləndam xanımın iştirakı ilə “ COVİD -19 “ pandemiyası ilə mübarizəyə hərs olunmuş onlayn təşkilat saatı keçirildi. Təşkilat saatı çərçivəsində valideynlər də prosesə qoşularaq həkimə öz suallarını ünvanladılar.

Güləndam xanım sualları diqqətlə dinləyib, hamısını cavablandırdı, epidemiyadan qorunmağın yolları haqqında məlumat verdi. Ailəmizi, sevdiklərimizi qorumaq üçün “ Evdə qal “ çağırışına əməl etməyi tövsiyə etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi