Görkəmli pedaqoq, şair Zahid Xəlillə onlayn görüş

   Məktəbin 3 “ g “ sinif müəllimi Leyla Mustafayeva və şagirdlərinin “ Evdə qal, mütaliədən qalma “ layihəsi çərçivəsində görkəmli pedaqoq, şair Zahid Xəlil və F.köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova ilə onlayn görüşü keçirilmişdir.

  Görüşdə məktəbin direktoru Elçin Abdullayev, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak edirdilər.

   Ilk olaraq məktəbin direktoru Elçin Abdullayev qonaqları və şagirdləri salamladı. Bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar vəzyyətdən danışdı, bu işdə prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlərdən, onları xalqımıza göstərdiyi qayğıdan  söz  açdı. Görüşün təşkilində xüsusi fəaliyyəti olan təşkilatçı - müavin Vüsalə Məmmədova da hər kəsi salamladı, bu vəziyyətin tezliklə bitəcəyini və yenidən məktəbdə görüşmək arzusunda olduğunu bildirdi. Sonra müəllim Leyla Mustafayeva  bir – bir şagirdlərinə söz verdi. Belə ki, bizim kiçik şagirdlərimiz Zahid Xəlil haqqında topladıqları məlumatları bölüşdülər, şairin yazdığı şeirlərdən söylədilər. Həmçinin şagirdlər Zahid Xəlilə və Şəhla xanıma onları maraqlandıran sualları ünvanlamışlar, onlar da öz növbəsində sualları böyük məhəbbətlə cavablandırdılar. Iki saata yaxın davam edən canlı bağlantı xoş ovqatla başa çatdı. Valideynlər adından Emilya Zəkəriyeva görüşün keçirilməsinə görə təşkilatçılara və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi