Məktəbin pedaqoji heyəti ilə onlayn iclas keçirildi

    Məktəbin direktoru Elçin Abdullayev məktəbin müəllimləri ilə birgə onlayn iclas keçirdi. Müəllimləri salamlayan Elçin Abdullayev ilk öncə hər kəsi COVİD- 19 virusunun qarşısının alınması və xüsusi karantin rejiminə riayət etməyə çağırdı.

    Çıxışı zamanı Elçin müəllim həmçinin müəllimlərə təlim-təhsil prosesinin onlayn şəkildə mütəmadi keçirilməsini, şagirdlərin davamlı iştirak etməsiinə xüsusi diqqət yetirilməsini tapşırdı.  Ardınca Elçin müəllim təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyevaya və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya söz verdi.

   Iclasın sonunda məktəbin direktoru pedaqoji heyətə evdə qalıb öz sağlamlıqlarını qorumağı, eyni zamanda şagirdlərin təhsil prosesindən geri qalmamağı və hər birimizi vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çağırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi