Ibtidai sinifdə onlayn diskusiya keçirildi

     07 aprel tarixində məktəbin 4 “ c” sinfində  “ Vətənpərvərlik mövzusunda” canlı diskusiya keçirildi. Diskusiyada məktəbin direktoru Elçin Abdullayev, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, sinif rəhbəri Sədaqət İsmayılova və “ Məktəblinin dostu” layihəsinin nümayəndəsi Nüşabə Qaraçayeva iştirak etdilər. Diskusiyanın əvvəlində hazırki vəziyyətlə bağlı direktor Elçin Abdullayev  və müavinlər qısa şəkildə şagirdləri məlumatlandırdılar və dedilər ki, “ Evdə qalın, amma əsla təhsildən geri qalmayın “, çünki təhsil bizim gələcəyimizə bir ümiddir. Diskusiya zamanı Azərbaycanın mədəniyyətinə, vətənpərvərliyə aid suallar səsləndirildi. “ Vətənpərvərlər “, “ Cəsurlar “ və “ Qəhrəmanlar “ qrupunda olan şagirdlər həvəslə suallara cavab verdilər. Bu diskusiyanın keçirilməsi şagirdləri daha da ruhlandırdı. Sonda sinif müəllimi Sədaqət İsmayılova bu diskusiyanı təşkil edib keçirən məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi