Şagirdlərlə keçirilən növbəti onlayn təşkilat saatı

     08.04.2020-ci il tarixində məktəbin direktoru Elçin Abdullayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, məktəbin 5 “d” sinif rəhbəri Rəfiqə Aşurova və “ Məktəblinin dostu “ layihəsinin nümayəndəsi Nüşabə Qaraçayevanın iştirakı ilə onlayn şəkildə növbəti təşkilat saatı keçirildi. Təşkilat saatının mövzusu son zamanlar dünyanı bürüyən COVİD – 19 pandemiyasından qorunmağın yolları barəsində idi. Prezidentin fərmanına əsasən mart ayının 3-dən etibarən təhsil müəssisələrində tədrisin dayandırılmasına baxmayaraq məktəb rəhbərliyi və müəllimlər mütəmadi olaraq şagirdlərlə təşkilatı mövzuda söhbətlər aparır, onların sağlamlıq vəziyyətini öyrənirlər. Eyni zamanda da şagirdlərin tele-dərslərə, virtual məktəb proqramlarına qoşulması haqqında da şagirdlər təlimatlandırırldılar. Şagirdlər həm tele-dərslərdən, həm virtual məktəb proqramından istifadə etdiklərini bildirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi