“ COVİD – 19 pandemiyası ilə mübarizə ” yə həsr edilmiş onlayn şəkildə təşkilat saatı keçirildi

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ qərargahın məlumatına əsasən, respublika ərazisində ( COVİD 19 ) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci il mart ayının 29-dan aprelin 18-dək ( ilk tədris günü aprelin 20-si müəyyən edilir ) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır.

     Buna baxmayaraq, Ayaz Məhərrəmov adına 95 saylı tan orta məktəbin müəllim kollektivi martın 11-dən etibarən tədris prosesini şagirdləri ilə distant üsulla davam etdirirlər. Məktəbin 8 “ ə “ sinfinin rəhbəri Aytəkin Hüseynova bu üsulla məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovav və  “ Məktəblinin dostu “ layihəsinin nümayəndəsi Nüşabə Qaraçayevanın iştirakı ilə “ COVİD – 19 pandemiyası ilə mübarizə” yə həsr edilmiş təşkilat saatı keçirmişdir.

     Təşkilat saatı çərçivəsində paralel olaraq sinif şagirdləri və valideynləri bu prosesə qoşulmuşdur. Məktəb rəhbərliyi pandemiya ilə mübarizədə görülmüş tədbirlər haqqında iştirakçılara geniş məlumat verərək, mövcud rejimdə ailəmiz və ətrafımızdakı insanların sağlamlığı və gələcəyini qorumaq naminə Prezidentimizin “ Evdə qal “ çağırışına əməl etməyə səsləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi