Aprel döyüşləri bizim şanlı qələbəmizdir!

      2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ respublikasının hərbi birləşmələri arasında baş vermiş münaqişə Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə kimi düşüb. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalabdıqdan bəri ən şiddətli döyüşlər idi. Azərbaycan ordusunun əzmli, güclü və cəsur əsgərləri bir an belə tərəddüd etmədən var gücləri ilə döyüşdülər. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndi istiqamətində yolar düşməndən azad edildi.

     Bu gün Aprel döyüşləri kimi tarixə düşən dördgünlük müharibənin ildönümüdür. Döyüşlərdə həlak olan bütün hərbiçilərimizi dərin hüznlə anırıq.

     Yaşa, var ol Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi