Distant təhsil
Dünyanın bir nömrəli problemi olan koronavirusun sürətlə yayılması bizim ölkədən də yan keçmədi. Belə ki, koronavirusla mübarizə proqramı çərçivəsində hər bir vətəndaş öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanmasına baxmayaraq dövlət şagirdlərin təhsildən yayınmaması üçün Təhsil Nazirliyinin və Mədəniyyət Televiziyasının birgə əməkdaşlığı ilə Mədəniyyət kanalında teledərslərə start verib. “ Dərs vaxtı “ adlanan proqram çərçivəsində şagirdlərə dərslər keçirilir.
Bununla yanaşı məktəbin müəllim kollektivi də həmrəylik göstərərək şagirdlərin biliklərinin daha da gücləndirilməsi məqsədilə İnformasiya Kommunikasiya Texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə distant təhsil formasında dərslərini davam etdirirlər.