Şagirdlərimizin muzeylərə ekskursiyası, "Ana harayı" abidəsini ziyarəti

     23.02.2020-ci il tarixində məktəbin 3”A” – Sağlam təhsil sinfi “Azərbaycan Milli İncəsənət muzeyi”ni, “Səməd Vurğunun ev muzeyi”ni “Xocalı soyqırımı” abidəsini ziyarət etdilər. Ekskursiya zamanı uşaqlar incəsənətin janrları haqqında məlumat əldə edib, Azərbaycanın qədim tarixini əks etdirən əsrarəngiz sənət nümunələri ilə tanış oldular. Uşaqlar eyni zamanda balaca rəssamların əl işlərindən yaradılan sərgini izlədilər. sərgi sanki rəngli nağıllar aləmini xatırladırdı.

      Azərbaycan ədəbiyyatının ilk xalq şairi olan Səməd Vurğunun ömrünün son iki ilinin keçirdiyi evdə pianosu, ov tüfəngi, şəxsi əşyaları, ailəsinin, övladlarının əşyalarına şagirdlər maraqla baxdılar.

     “Xocalı soyqırımı” abidəsi Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən soyqırım hadisəsi qurbanlarının xatirsəinə Xətai rayonunda ucaldılmış abidədir. Uşaqlar “Ana harayı” abidəsini ziyarət etmiş, qərənfil qoyaraq soyqırım zamanı öldürülmüş insanların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi