Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa

    26 fevral 2020-ci il tarixində məktəbin kitabxanasında 9”Ç” sinif şagirdləri Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirdi. Düz 28 il öncə Azərbaycan xalqı əsrin ən dəhşətli fciəsini – Xocalı faciəsini yaşadı. 26 fevral tarixi damarlarında Azərbaycan qanı axan bütün insanların ürəklərində silinməz iz buraxdı. Elə bir iz ki. Qərinələr, əsrlər. nəsillər bir-biorini əvəz edəcək, amma bu tarix, bu dəhşət heç zaman yaddaşlardan silinməyəcək.

    Ulu Öndər Heydər Əliyev bu hadisələrdən sonra sarsılaraq bu sözləri söyləmişdir: “ Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz ağlasığımaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi