Ana dili Gününə həsr olunmuş dərs

     Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

    Ana dili aylığı çərçivəsində müəllim Səbirə Əliyeva 5”B” sinif şagirdləri ilə Ana dili Gününə həsr olunmuş dərs keçirdi. Bizi keçmişə bağlayan, gələcəyə səsləyən ana dilimizdir. Hər kəs öz ana dilini sevməlidir. Bizim ana dilimiz Nizami ilə, Füzuli ilə, Nəsimi ilə qanımıza hopmuşdur.

    Mövzü olaraq “Firuzə qaşlı xəncər” hekayəsi ətrafında müzakilər aparıldı. Şagirdlər hekayənin məzmununu yaşayaraq danışdılar.

   Fevral ayında həm də “Xocalı faciəsi” nin anım günüdür.  Bununla əlaqədar olaraq şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, faciə qurbanlarını bir dəqiqəlik sükutla andılar. Xocalı faciəsinə aid videorolik nümayiş olundu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi