“Kitab bağışlama günü" münasibəti ilə şagirdlər qarşılıqlı olaraq bir-birilərinə kitab hədiyyə etdilər

  Ümumdünya “Kitab bağışlama günü" münasibəti ilə məktəbin 1”A” və 1”B”  “Sağlam təhsil” sinif şagirdləri bir-birilərinə kitab hədiyyə etdilər. Birincilərimiz artıq oxu və yazı texnikasına yiyələndiklərini nümayiş etdirdilər, çeirlər söylədilər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, həmçinin “Məktəblinin dostu” layihəsinin əməkdaşı şagirdləri bu əlamətdar gün münasibəti ilə təbrik etdi.

  Sonda 1”A” və 1”B” sinif müəllimləri Kifayət Axundova və Aytən Ovçuyeva birincilərə öz ürək sözlərini söylədilər, şagirdlər qarşılıqlı olaraq bir-birilərinə kitab hədiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi