I yarımilin yekunu

   Məktəbin fəaliiyyət planına uyğun olaraq 2019-2020-ci tədris ilinin I yarımilin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi. Məktəbin I yarımilinin yekunları, metodbirləşmə rəhbərlərinin hesabatı, buraxılış siniflərində monitorinq imtahanlarının nəticələri müzakirə olunmuşdur.

    İclasda məktəb direktoru Elçin Abdullayevin  çıxışları dinlənildi, buraxılış siniflərinin nəticələri müzakirə edildi. Təhsilin keyfiyyətini yüksəltmək üçün məktəbdə görülən və görüləcək işlər haqqında ətraflı danışıldı.

    Təlim tərbiyə işləri üzrə direktor müavinləri Həqiqət Gülalıyeva və Elvin Aslanlı I yarımilin hesabatlarını təqdim etdilər. Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova isə öz növbəsində gördüyü işlərlə bağlı video təqdimat nümayiş etdirdi.

     Sonda məktəbin direktoru Elçin Abdullayev pedaqoji heyətə II yarımil ərzində çətin və şərəfli peşələrində uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi