“Yoluxucu xəstəliklərdən mühafizə üsulları” haqqında təlim
04 fevral 2020-ci il tarixində “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfində IX sinif şagirdlərinə “Yoluxucu xəstəliklərdən mühafizə üsulları” haqqında təlim keçirildi. Təlimin məqsədi şagirdlərə son illərdə virusların yayıldığı dövrdə viruslardan müdafiə olunma qaydaları, görüləcək praktik tədbirlər haqqında məlumat verməkdir. Məktəbin həkimi Xədicə Dosiyeva da daha ətraflı məlumatlar verərək, şagirdləri maraqlandıran sualları cavablandırdı.