“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərs

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir. Bununla bağlı olaraq qeyd olunur ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Dahi Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərsləri əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tədris edir. Bu gün ki, dərsimizi məktəbin tarix müəllimi Nigar Məmmədova təşkil etdi.

  Dərs zamanı Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzələr dinlənilir. “ Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi ”, “ Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz ” və digər bu kimi mövzulardakı məruzələrdə Ümummilli Liderin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır.

    Dərsdə həmçinin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və “Məktəblinin dostu “ layihəsinin nümayəndəsi də iştirak edərək Ulu Öndər Heydər Əliyevin fəaliyyəti haqqında öz fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi