Şagirdimizin uğuru

     Azərbaycan Milli Karate Federasiyası  və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir sona yetib.

    Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkə, o cümlədən, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.Turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər çıxış edib.

     Yekun nəticəyə əsasən “Qara Qaplan” klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan “Arpaçay” klubu ikinci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan “Paşayev” (Ukrayna) klubu isə üçüncü sıranı tutub. Yarışı milli hakimlərimizlə birgə, beş ölkədən 22 beynəlxalq hakim idarə edib.

    Məktəbin 9”E” sinif şagirdi olan Mehrəli Məmmədov da bu turnirdə iştirak edərək III yerə layiq görülüb. Şagirdimizi təbrik edirik. Səsi daha yüksəklərdən gəlsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi