“ 20 Yanvar – Qan yaddaşımızdır “
17.01.2020-ci il tarixində məktəbin tarix müəllimi Şəhla Əsədova “ 20 Yanvar “ faciəsinə həsr olunmuş " Dəyirmi masa " keçirdi. Məqsəd bu qanlı faciəni şagirdlərə daha dərindən aşılamaqdır. Müəllim Şəhla Əsədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrdən daha ətraflı danışdı. Şagirdlər “20 Yanvar “ faciəsi qurbanlarına həsr olunmuş və vətənpərvərlik haqqında şeirlər söylədilər. Dərsin yükununda “ 20 Yanvar – Qan yaddaşımızdır “ adlı videoçarx nümayiş olundu.