“ 20 Yanvar şəhidləri unudulmur “ adlı konfrans keçirildi

    17 yanvar tarixində məktəbin akt zalında təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyevanın təşkilatşılığı ilə “ 20 Yanvar şəhidləri unudulmur “ adlı konfrans keçirildi. Konfransda həmçinin məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, UBTR Günay Rəsulova, “ Məktəblinin dostu “ layihəsinin nümayəndəsi, tarix müəllimləri, VIII, IX, X, XI sinif şagirdləri iştirak edirdilər.

     Ilk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva konfransı açıq elan edərək həmin günə bir daha nəzər saldı. Bir tarixçi kimi “ 20 Yanvar “ faciəsi haqqında bir çox məlumatları nəzərə çatdırdı. Həmin gün xalqımızın müstəqillik, azadlıq uğrunda atılan addımlarından biri idi.

     Daha sonra tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və UBTR Günay Rəsulova da öz çıxışlarında “ 20 Yanvar “ şəhidlərini anaraq, bu faciə haqqında fikirlərini bölüşdülər. Sonda " 20 Yanvar " faciəsinə həsr olunmuş video nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi