Böyük Summativ Qiymətləndirilmə keçirildi
17 yanvar tarixində məktəbdə IX, X və XI siniflərdə Ana dili, İngilis dili və Riyaziyyat fənlərindən böyük summativ qiymətləndirmə keçirildi. Böyük summativ qiymətləndirmə tapşırıqları 2-4 variantda, 15 sual olmaqla, həm açıq tipli, həm də qapalı tipli tapşırıqlardan ibarət idi. Nəticələr qısa vaxt ərzində yoxlanılaraq şagirdlərə və valideynlərə məlumat veriləcək. Tapşırıqlar məktəbin fənn müəllimləri tərəfindən I yarımil tədris proqramı əsasında hazırlanmışdı. Şagirdlər onlara verilən vaxt ərzində verilmiş tapsırıqları cavablandırdılar.