" 20 Yanvar " faciəsini unutmadıq

     

     17.01.2020-ci il tarixində məktəbin kitabxanasında 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar 5”B” və 5”F” sinif müəllimləri Səbirə Əliyeva və Türkanə Məmmədova şagirdləri ilə birgə tədbir keçirdilər.

    20 Yanvar hadisələrinə həsr olunmuş tədbir çox təsiredici idi. Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədilər, matəm mahnıları oxudular. Şagirdlərin dedikləri şeirləri dinlədikcə sanki , hiss edirsən ki, bu hadisənin iştirakçısı olmamasına baxmayaraq “ Qanlı yanvar “ faciəsi onların ruhuna işləmişdir. Həmçinin “ 20 Yanvar “ faciəsində törədilən dəhşətli hadisələr qısa video çarx şəklində şagirdlərə göstərildi.

      Biz müəllimlər özümüzü xöşbəxt hiss edirik ki, ölkəmizdə baş verən belə bir dəhşətli faciəni şagirdlərə çatdıra bilmişik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi