“Şəhidlər ölməz, Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya keçirildi

Təhsil Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “ 20 Yanvar” faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin “Tədbirlər Planı”na əsasən kitabxana heyəti Alidə Hadıyeva və Fəxriyyə Cəfərova “Şəhidlər ölməz, Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya keçirdi.
Çıxış üçün 8”E” sinif şagirdlərinə söz verildi. Şagirdlər “ 20 Yanvar ” gecəsi baş verən dəhşətli hadisələrdən danışdılar. Azərbaycanın özünün müstəqilliyinə doğru ilk və ən böyük addımını atdığı gündən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən artıq 30 il ötür. Tədbirin bədii hissəsinə 20 Yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videorolik nümayiş etdirildi və şagirdlərin bədii kompozisiyası ilə yekunlaşdı.
Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, UBTR Günay Rəsulova və tarix müəllimləri iştirak edərək “ 20 Yanvar” hadisələri haqqında fikirlərini şagirdlərlə bölüşdülər.